Azərbaycan çempionatının bombardiri millidə debüt etdi

Azərbaycan çempionatının bombardiri millidə debüt etdi

"Zirə" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.

Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu Tbilisidə İsveç yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda meydana çıxıb. Görüşə ehtiyatda başlayan Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə oyuna daxil olub.

Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya 61-ci və 77-ci dəqiqələrdə vurub.

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər