Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı

Azərbaycan çempionatında yeni mövsümün başlanma tarixi açıqlandı
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
 
Fanat.Az xəbər verir ki, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Qərara alınıb ki, Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start verilsin.
Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər