Azərbaycan çempionatında növbəti oyunların tarixi açıqlandı

Azərbaycan çempionatında növbəti oyunların tarixi açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar martın 26-da keçiriləcək.

Fanat.Az xəbər verir ki, ölkə çempionatında 18-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı UNEC komandası olacaq. Oyun saat 15:00-da başlayacaq. Turun digər qarşılaşmaları həmin gün Bakıda GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da “Abşeron” klubu “Milli Aviasiya Akademiyası”nı, ardınca isə (18:00) “Murov Az Terminal” kollektivi “Azərreyl”i qəbul edəcək. 

15:00 “Gəncə” - UNEC (Gəncə OİK) 15:00 “Abşeron” - “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi) 18:00 “Murov Az Terminal” - “Azərreyl” (GİN-nin Voleybol Mərkəzi)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər