Azərbaycan çempionatında dövrənin son turunun proqramı bəlli oldu

Azərbaycan çempionatında dövrənin son turunun proqramı bəlli oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Fanat.Az xəbər verir ki, Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq.

Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.

Növbəti gün ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər