Azərbaycan çempionatında baş məşqçi istefa verdi

Azərbaycan çempionatında baş məşqçi istefa verdi

Azərbaycan II Liqasında məşqçi istefası reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şahdağ Qusar"ın baş məşqçisi Bəhram Şahquliyev postundan ayrılıb.

Bu, II Liqanın 18-ci turu çərçivəsində "Kür-Araz"la oyundan sonra baş verib. Təcrübəli mütəxəssis komandasının 1:3 hesablı məğlubiyyətindən sonra istefaya göndərilib.

"Şahdağ Qusar" qış fasiləsindən sonra keçirdiyi 4 oyundan yalnız birindən qalib ayrıla bilib. Şimal təmsilçisi 18 turdan sonra 35 xalla 5-ci yerdə qərarlaşıb və liderdən 7 xal geri qalır.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər