Azərbaycan çempionatına əcnəbi hakim dəvət olundu

Azərbaycan çempionatına əcnəbi hakim dəvət olundu

Futzal üzrə Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb.

Fanat.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar.

Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında “Alyans” – U-19 matçını idarə edəcək.

Mərkəzi matçda isə FİFA referiləri iş başında olacaqlar.

Yüksək Liqa XIV tur 23 fevral

Record – Baku Fire Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov Hakim-inspektor: Azad Hüseynov Olimpik Star. Saat 15:00

Alyans – U-19 Hakimlər: Rayan Avad Alamri, Xalid Ahmed, Ramil Namazov Hakim-inspektor:Elçin Səmədli Olimpik Star. Saat 17:00

Araz Naxçıvan – Neftçi İK Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov Hakim-inspektor: Mehman Mahmudov Olimpik Star. Saat 19:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər