Azərbaycan boksçusu "bürünc"ü təmin etdi

Azərbaycan boksçusu "bürünc"ü təmin etdi

Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə minimum bürünc medalı təmin edib.

Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1/4 finaldan mübarizəyə başlayan idmançı Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.

Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, idmançı oktyabrın 17-də yarımfinalda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər