Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb

Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başlayıb

Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.

O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.

Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz yarışla vidalaşıb.

29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın 3 idmançısı rinqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər