Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıblar.

Fanat.Az xəbər verir ki, 28-29 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib. 

Sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə edib. Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb. 

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər