Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”na yollandılar

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”na yollandılar

Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”nda mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti yayıb.

İdmançılarımız ilk dəfə olaraq “Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak edəcəklər. Türkiyənin Samsun şəhərində təşkil olunacaq yarış mayın 23-25-də keçiriləcək. Azərbaycan millisi “Samsun Draqon Festivalı”nda 11 oğlan idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, avarçəkmənin bu növü son illərdə populyarlıq qazanıb. Ölkəmizdə keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərinin açılış mərasimi zamanı idmançılarımız “Draqon” qayıqlarında nümunəvi çıxışlar nümayiş etdiriblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər