Azərbaycan ağırlıqqaldıranı Özbəkistanda 1-ci oldu

Azərbaycan ağırlıqqaldıranı Özbəkistanda 1-ci oldu

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Yeniyetmə atlet Özbəkistanın Çirçiq şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

61 kq çəki dərəcəsində yarışanmilli üzvü birdən qaldırma hərəkətində 103 kq nəticə göstərərək birinci olub. O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib.

Beləliklə, toplamda 226 kq nəticə göstərən Xappayev yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, aprelin 9-da iki idmançımız - İsa Əliyev və Malikə Biçekuyeva "körpücük" üzərinə çıxacaqlar. Aslan Əmiraslanov isə ayın 11-də mübarizəyə qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər