Azarkeşlərdən etiraz: Futbolçular cəzalanmalıdır!

Azarkeşlərdən etiraz: Futbolçular cəzalanmalıdır!

Qazaxıstan millisinin və "Tobol"un müdafiəçisi Ruslan Valiyullinin dopinq testinin cavabı pozitiv çıxıb.

Fanat.Az xəbər verir ki, Ukrayna yığması ilə 2:2 hesabı ilə bitən görüşdə sözügedən futbolçunun dubla imza atması rəqibin azarkeşlərini özündən çıxarıb. 

Azarkeşlərin yazdığı tələb və şikayətlərinin bir neçəsini təqdim edirik:

"Bu matçın nəticəsinə təsir etdi. Zarafat deyil, xal itirdik. Dopinq ona fiziki cəhətdən yaxşı hazırlaşmağa kömək etdi və bunun sayəsində oyunun son saniyələrində Karavayevdən qaçaraq qol vura bildi."

"Əgər futbolçular bunun hesabına xal qazanırsa, bu, futbol deyil. Yəqin ki, bütün qazaxıstanlı futbolçular bundan istifadə edir. Futbolçular yoxlanmalı və cəzalandırılmalıdır. Buna görə kiməsə yalvarmaq, bir yerə müraciət yazmaq lazım deyil. UEFA dopinqi pis göstərici hesab edirsə, millinin bütün futbolçularını testdən keçirməlidir".

"İndi aydındır Qazaxıstan futbolu necə "inkişaf" edir..."

Xatırladaq ki, Qazaxıstan millisinin hazırda 4 futbolçusu "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqiblərindən biri "Kayrat" klubunun üzvüdür.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər