AZAL və "Sumqayıt" yenidən üz-üzə

AZAL və "Sumqayıt" yenidən üz-üzə

Premyer Liqanın 2015/16 mövsümünə hazırlaşan AZAL-la "Sumqayıt" yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, avqustun 1-də baş tutacaq matç "AZAL Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında bu yay ikinci yoхlama oyunu olacaq. Bundan əvvəlki qarşılaşmada qalib müəyyənləşməmişdi - 2:2. AZAL "Sumqayıt"dan başqa daha 3 yoхlama oyunu keçirib. U-19 millimizi (3:2) və "Neftçala"nı udan (3:1) "təyyarəçilər" "Kəpəz"ə uduzub (1:2).

"Sumqayıt" isə AZAL-dan başqa 4 matçda qüvvəsini sınayıb. U-19 yığmamızı və "Ağsu"nu 2:1 hesabı ilə yenən "gənclik şəhəri" təmsilçisi "Kəpəz"ə yenilib (0:1), "Neftçala" ilə heç-heçə edib (0:0).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər