AZAL "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

AZAL "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

Qış toplanışını Bakıda keçirən AZAL dünənki istirahətdən sonra yenidən bir araya gəlib. Fanat.az xəbər verir ki, "təyyarəçilər" bu gündən sırf Topaz Premyer Liqasının XIX turunda qarşılaşacaqları “Neftçi” ilə oyunun hazırlıqlarına start veriblər.

Bütün futbolçuların qatıldığı məşqin əvvəli fiziki hazırlığın artırılmasına yönəlik olub. Hazırlığın sonunda isə futbolçular müxtəlif oyun komponentləri üzərində çalışıb.

Qeyd edək ki, AZAL - “Neftçi” oyunu yanvarın 31-də baş tutacaq və “AZAL Arena”da keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər