Ayşən Abduləzimova Macarıstanda ən yaxşı seçildi

Ayşən Abduləzimova Macarıstanda ən yaxşı seçildi

"Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

Fanat.Az Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər