Avropada görünməmiş rekordumuz

Avropada görünməmiş rekordumuz

UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə ilk dəfə açıqlanan siyahıda ciddi dəyişikliklər olmayıb.

İyulun 2-də baş tutan Çempionlar Liqasının 2, Avropa Liqasının 4 oyununun əksini tapdığı cədvəldə Azərbaycan irəliləyişə nail olub. Mövsümün startı ərəfəsində 32-ci olan ölkəmiz 1 pillə irəliləyərək bizim üçün görünməmiş mövqeyə - 31-ci pilləyə yüksəlib. 

Bu uğur “Xəzər Lənkəran” və “Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində keçirdikləri ilk oyunların nəticələri hesabına mümkün olub. Lənkəranlılar Maltada “Slima” ilə heç-heçə etməklə Azərbaycanın hesabına 0,125 xal əlavə edib. Makedoniyada “Metallurq” (Skopye) üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” isə aktivimizə 0,250 xal gətirib.

Əldə olunan bu 0,375 xal sayəsində ölkəmizin əmsalı 8,250-yə çatıb. Belə irəliləyiş sayəsində Gürcüstanı arxada qoyan Azərbaycan 31-ci pilləyə yüksəlib. Artıq 4-cü “onluğ”un ilk sırasında olan ölkəmiz ilk “30-luğ”a da iddia edir. 30-cu olan Sloveniyadan cəmi 0,125 xal geridə olduğumuzdan cəmi 1 heç-heçə balkanlılara çatmağa imkan verir. Təbii ki, sloveniyalılarla müqayisədə artıq əldə olunacaq heç-heçə.

...25
Norveç
11.675
26
Serbiya
11.625
27
Macarıstan
10.750
28
Bolqarıstan
10.000
29
Slovakiya
9.375
30
Sloveniya
8.375
31
Azərbaycan
8.250
32
Gürcüstan
8.000
33
Moldova
7.000
34
Finlandiya
6.675
35...
Bosniya Herseqovina
6.000

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər