Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında bu gün növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Estoniya yığmasını sınağa çəkəcək. 

Bakıda keçiriləcək ardıcıl ikinci oyun saat 18:00-da GİN-in Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, yığmamız iki gün əvvəl İsveç yığmasına uduzub. Görüş rəqibin 3:0 (25:19, 25:14, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər