Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayacaq.

Fanat.Az-ın məlumatına görə, Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv İsveçdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Qarşılaşma Lund şəhərində, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, təmsilçimiz növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər