Avropa Liqası: "İnter" "şaxta"nı "partlatdı"

Avropa Liqası: "İnter" "şaxta"nı "partlatdı"
Bu gecə Avropa Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə "Şaxtyor" üz-üzə gəlib. 
Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunu polşalı referi Şimon Martsinyak idarə edib. 
"İnter" 22 ildən sonra 5-ci, "Şaxtyor" isə 11 ildən sonra 2-ci dəfə həlledici matça vəsiqə qazanmağa çalışıb. İtaliya təmsilçisi Ukrayna komandasını darmadağın edərək finala yüksəlib və yarımfinalda "Mançester Yunayted"i 2:1 hesabıyla üstələyən "Sevilya"ya rəqib olub. 
 
Həlledici qarşılaşma avqustun 21-də Kölndə keçiriləcək. 
Avropa Liqası, yarımfinal
17 avqust
"İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) 5:0
Qollar: Martines, 19, Dambrosio, 64, Martines, 74, Lukaku, 78, 84
Baş hakim: Şimon Marçinyak (Polşa)
Düsseldorf. "Merkur Şpil Arena"
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər