Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər