Avropa çempionu "Liverpul"la bağlı qərarının verdi

Avropa çempionu "Liverpul"la bağlı qərarının verdi

"Real Sosyedad"ın dayaq yarımmüdafiəçisi ona elçi düşən "Liverpul"la bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, İngiltərə nəhəngi bu transfer üçün 60 milyon avro ödəməyə hazır olsa da, 25 yaşlı oyunçu ingilislərə "yox" deyib.

Xatırladaq ki, Subimendi "Real Sosyedad"ın öz yetirməsidir. Ötən mövsüm 45 matça çıxan orta xətt oyunçusu 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, heyətində 10 oyun keçirdiyi İspaniya millisi ilə AÇ-2024-ün qalibi adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər