Avropa çempionatında ilk finalçı müəyyənləşdi

Avropa çempionatında ilk finalçı müəyyənləşdi

Voleybol üzrə kişilər arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu, ev sahibi Polşanı məğlub edən Sloveniya millisi olub.

Katovitsedə baş tutan matçın taleyinə 4 setin yekununda aydınlıq gəlib. Son iki mundialın çempionları ilk seti 25:17 aktivinə yazsa da, digər hissələrdə rəqib 32:30, 25:16, 37:35 hesabı ilə üstün olub.

Beləliklə, sloveniyalılar ardıcıl ikinci, tarixdə isə üçüncü dəfə yarışın finalına yüksəliblər.

Digər yarımfinal matçında İtaliya və Serbiya komandaları münasibətləri aydınlaşdıracaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Qeyd edək ki, dörd ölkə - Polşa, Estoniya, Finlandiya və Çexiyanın ev sahibliyi ilə təşkil olunan 32-ci Avropa çempionatına sabah yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər