PSJ-nin hücumçusu Kilian Mbappe hədəfləri barədə danışıb.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Mbappe Avropa çempionatı və Çempionlar Liqasının qalibi olmaq istədiyini bildirib:
"Fransa yığması ilə birlikdə uğur qazanmağa davam etmək istəyirəm. Növbəti il Avropa çempionatı keçiriləcək. Biz turnirin qalibi olmaq niyyətindəyik.
Ambisiyalarım böyükdü. Avropa çempionatını qazanmaq və Çempionlar Liqasında çempionluq yaşayacaq PSJ heyətinin üzvü olmaq istəyirəm".
Fanat.Az