Avropa çempionatı: Millimizin oyunlarının vaxtı bəlli oldu

Avropa çempionatı: Millimizin oyunlarının vaxtı bəlli oldu

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçi olduğu komanda A qrupundakı ilk matçını avqustun 3-də Bakıda Danimarkaya qarşı keçirəcək. Voleybol Mərkəzindəki görüş saat 18:00-da başlayacaq.

Yığma 3 gün sonra eyni məkanda Türkiyə seçməsini qəbul edəcək. Həmin qarşılaşma da saat 18:00-da start götürəcək.

Milli avqustun 17-də Türkiyənin, avqustun 20-də isə Danimarkanın qonağı olacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:30-da və saat 19:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər