Avroliqanın Bakıdakı finalına görə AÇ-nin vaxtı dəyişdirildi

Avroliqanın Bakıdakı finalına görə AÇ-nin vaxtı dəyişdirildi
2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bununla bağlı Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. 
Dəyişikliyə səbəb gələn ilin may ayının 29-da Bakıda Avropa Liqasının final oyununun keçirilməsidi. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.
Bədii gimnastika üzrə Avropa çempionatının mayın 31-dən iyunun 2-dək keçirilməsi nəzərdə tutulmuşdu. Yeni qərara əsasən, çempionat 16-19 may tarixlərində təşkil olunacaq. Aerobika üzrə yarışlar isə 23-25 may tarixlərində yox, mayın 24-26-da keçiriləcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər