Avroliqanın Bakı finalında yeni rekord qeydə alına bilər

Avroliqanın Bakı finalında yeni rekord qeydə alına bilər

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalında yeni rekord qeydə alına bilər.

 

 

Fanat.Az-ın məlumatına görə, bunun üçün hazırda turnirdə mübarizəyə davam edən İngiltərənin "Çelsi", Almaniyanın "Ayntraxt" (Frankfurt) və İspaniyanın "Vilyarreal" komandalarından biri finala kimi məğlub olmamalı və həlledici görüşün əsas vaxtında qələbə qazanmalıdır. Cari mövsümdə bu klublardan heç biri məğlub olmayıb.

Onlardan hansısa bunu gerçəkləşdirsə, İspaniya "Espanyol"unun nailiyyətini təkrarlayacaq. Lakin Kataloniya təmsilçisi UEFA Kubokunun (hazırkı Avropa Liqası) 2006-2007 mövsümünün finalında "Sevilya"ya əsas (1:1) və əlavə vaxtı (2:2) heç-heçə ilə bitən görüşdə penaltilərdə uduzub - 1:3.

"Ayntraxt" həmçinin 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya uduzmasa, İspaniya "Atletiko"sunun turnirdə 15 matçlıq məğlubiyyətsizlik rekorduna da şərik olacaq.

Qeyd edək ki, Avropa Liqasının 1/4 finalında "Napoli” (İtaliya) - "Arsenal” (İngiltərə), "Vilyarreal” (İspaniya) - "Valensiya” (İspaniya), "Benfika” (Portuqaliya) - "Ayntraxt” (Almaniya), "Slaviya” (Çexiya) - "Çelsi” (İngiltərə) qarşılaşmaları keçiriləcək. Final görüşü isə mayın 29-da olacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər