Avroliqa kubokunun Bakıya gətiriləcəyi tarix açıqlandı

Avroliqa kubokunun Bakıya gətiriləcəyi tarix açıqlandı
Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, kubok may ayının 16-da paytaxtımızda olacaq. Buna qədər isə o, müxtəlif vaxtlarda Avropanın 8 şəhərində Cenevrə (9 mart), Sevilya (22-23 mart), Berlin (29-30 mart), London (5-6 aprel), Milan (12 aprel), Moskva (20 aprel), Parisdə (10 may) nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen də iştirak edəcəklər.
Qeyd edək ki, bu mövsüm Avroliqanın final oyunu mayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər