AVRO-2023: Qadın millimizin ilk, kişilərin sonuncu sınağı

AVRO-2023: Qadın millimizin ilk, kişilərin sonuncu sınağı

Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.

Fanat.Az xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq.

Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 4-cü matçına çıxacaq. Azərbaycan millisi əvvəlki bütün oyunlarda rəqiblərinə uduzub və hesabında xal yoxdur. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə yenildiyi Danimarka millisi olacaq. Qarşılaşma Danimarkanın Midlfart şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi (qadınlar) D qrupu 18:00 Azərbaycan – Gürcüstan

Avropa çempionatının seçmə mərhələsi (kişilər) A qrupu 21:00 Danimarka – Azərbaycan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər