AVRO-2023: Millimizdən ilk məğlubiyyət

AVRO-2023: Millimizdən ilk məğlubiyyət

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi AVRO-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma IV turda Sloveniyanı qəbul edib.

Bakı Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

AVRO-2023, seçmə mərhələ

D qrupu

3 sentyabr

Azərbaycan - Sloveniya - 1:3 (11:25; 25:19; 18:25; 21:25)

Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, ilk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya yığması Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksəlib. Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər