AVRO-2023: Millimiz Gürcüstanı səfərdə də "quru hesab"la yendi

AVRO-2023: Millimiz Gürcüstanı səfərdə də "quru hesab"la yendi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundak 2-ci matçında Gürcüstanın qonağı olub.

Tbilisidəki "Yeni Voleybol Arena"sında oynanılan görüş Azərbaycanın 3:0 (25:14, 25:14, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda Bakıdakı qarşılaşmada da bu rəqibi eyni hesabla məğlub etmişdi.

Azərbaycanın D qrupunda növbəti rəqibi Avstriya olacaq. Oyun avqustun 28-də Bakıda baş tutacaq. Qrupda ilk 2 sıranı tutan komandalar final mərhələsinə yüksələcək.

Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər