AVRO-2023: Millimiz evdə Avstriya ilə üz-üzə

AVRO-2023: Millimiz evdə Avstriya ilə üz-üzə

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək. Görüş CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Millimiz Gürcüstanı həm evdə, həm də səfərdə eyni hesabla məğlub edib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər