AVRO-2023: Azərbaycan millisi Türkiyəyə yenə "quru hesab"la uduzdu

AVRO-2023: Azərbaycan millisi Türkiyəyə yenə "quru hesab"la uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Pərviz Yusubovun çalışdırdığı komanda A qrupunun üçüncü turu çərçivəsində səfərdə Türkiyə kollektivi ilə üz-üzə gəlib. Milli İstanbulda "Burhan Felek" arenasında baş tutan matçdan xalsız ayrılıb. Yığmamız üç setdə (25:15, 25:16, 25:19) rəqibinə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi Türkiyə ilə Bakıda keçirilən ilk matçda da 0:3 hesabı ilə uduzub. Hesabında xal olmayan seçməmiz AVRO-2023-ün təsnifat mərhələsində son matçını avqustun 20-də Danimarkaya qarşı keçirəcək.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər