AVRO-2023: Azərbaycan millisi Avstriyaya da şans vermədi

AVRO-2023: Azərbaycan millisi Avstriyaya da şans vermədi

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığmamız Avstriyanı qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun çalışdırdığı kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13).

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

3 turdan sonra Azərbaycanın 9 xalı var. Milli əvvəlki iki görüşdə Gürcüstanı həm evdə, həm də səfərdə eyni hesabla məğlub edib - 3:0. Əvvəlki matçlarda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var. Milli komanda növbəti oyununu da Bakıda keçirəcək. Yığma sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər