AVRO-2023: Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

AVRO-2023: Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Avqustun 15-dən sentyabrın 3-dək Almaniya, Belçika, İtaliya və Estoniyada keçiriləcək AVRO-2023-ün qrup mərhələsində qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının oyunlarının başlama vaxtı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yığmamız Almaniya, Türkiyə, İsveç, Çexiya və Yunanıstanla birlikdə D qrupunda mübarizə aparacaq. 

Bütün görüşlər Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

18 avqust 23:00. Azərbaycan - Çexiya 19 avqust 23:00. Azərbaycan - Almaniya 20 avqust 23:00. Türkiyə - Azərbaycan 22 avqust 20:00. Azərbaycan - Yunanıstan 23 avqust 20:00. İsveç - Azərbaycan

Qeyd edək ki, qrupda ilk dörd yeri tutan komandalar 1/8 finala yüksələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər