AVRO-2023: Millimiz Türkiyəyə "quru hesab"la uduzdu

AVRO-2023: Millimiz Türkiyəyə "quru hesab"la uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupunun ikinci turu çərçivəsində Bakıda Türkiyə yığması ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan matç rəqibin "quru hesab"lı qələbəsi ilə bitib.

İlk oyununda Danimarkaya uduzan (1:3) millimiz növbəti görüşünü avqustun 17-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.    AVRO 2023-ün təsnifat mərhələsi  A qrupu  6 avqust  Azərbaycan - Türkiyə 0:3 (11:25, 20:25, 16:25)

Qeyd edək ki, təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər