AVRO-2022: Yığmamız Slovakiyaya da uduzdu

AVRO-2022: Yığmamız Slovakiyaya da uduzdu

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II təsnifat mərhələsində sonuncu oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, E qrupunda yer alan yığmamız Kosovoda keçirilən seçmə mərhələnin son matçında Slovakiya kollektivi ilə qarşılaşıb. 

Görüş rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn Slovakiya millisi sonrakı hissələri də aktivinə yazaraq (25:21, 25:13) matçı qalib tamamlayıb. 

Beləliklə, 3 görüşdən sonra 3 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib.

Yığmamızın yer aldığı qrupun birincisi bu gün ev sahibinə 3:0 (25:17, 25:19, 25:15) hesabı ilə qalib gələn Niderland yığması olub. Slovakiya 6 xalla ikinci yeri tutub. Sonuncu olan Kosovo millisi isə xalsız qalıb.

Qeyd edək ki, qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaqlar.

AVRO-2022 II təsnifat mərhələsi E qrupu  22 may  Azərbaycan – Slovakiya 0:3 (16:25, 21:25, 13:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər