AVRO-2022: Azərbaycan millisi qələbə ilə başladı

AVRO-2022: Azərbaycan millisi qələbə ilə başladı

Bu gün 22 yaşadək oğlan voleybolçular arasında AVRO-2022-nin seçmə mərhələsində E qrupunun oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, millimiz ilk matçda ev sahibi Kosovo  yığması ilə qarşılaşıb. 

Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə ilk görüşdə "quru hesablı" qələbə qazanan Eldar Əliyevin komandası 3 xala yiyələnib. 

Qrupun digər matçında Niderland Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Yığmamız sabah Niderland kollektivi ilə qarşılaşacaq. 

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər