AVRO-2021: Yığmamız Rusiyaya da "quru" hesabla uduzdu

AVRO-2021: Yığmamız Rusiyaya da "quru" hesabla uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya komandası ilə üz-üzə gəlib.

Görüş ikiqat dünya çempionlarının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika, ikinci turda isə Bosniya və Hersoqovina seçməsinə "quru" hesabla məğlub olub.

Avropa çempionatı Qrup mərhələsi A qrupu, III tur

22 avqust 19.00 Azərbaycan - Rusiya 0:3 (16:25, 17:25, 13:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər