AVRO-2020: İki komanda Bakıya yola düşdü

AVRO-2020: İki komanda Bakıya yola düşdü
AVRO-2020-nin A qrupununun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.
Fanat.Az xəbər verir ki, hər iki kollektiv turnirə hazırlığını ölkəmizdə davam etdirəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər