AVRO-2020: Bakıdakı oyunun ən yaxşısı açıqlandı

AVRO-2020: Bakıdakı oyunun ən yaxşısı açıqlandı
AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Çexiya - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib. 
 
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Danimarka yığmasının 29 yaşlı yarımmüdafiəçisi Tomas Dileyni bu görüşün ulduzu elan edilib.
 
Skandinaviya təmsilçisinin ilk qolunu məhz Dileyni vurub.
 
Qeyd edək ki, Danimarka Çexiya ilə oyundan 2:1 hesabıyla qalib ayrılıb və yarımfinala yüksəlib.
 
Tomas Dileyni Dortmund "Borussiya”sında çıxış edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər