AVF seçimlərə başlayır

AVF seçimlərə başlayır

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qız voleybolçuların seçiminə yenidən start verir.

Fanat.Az-ın AVF-nin mətbuat xidmətinə məlumatına görə, bu məqsədlə Bakı və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) “Seçim günü” təşkil olunacaq.

Seçimlər yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq. Prosesdə fərqlənən 2012 və 2013-cü il təvəllüdlü idmançılar müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.

Seçimlər yanvarın 13-də Bakıda, 17-də Sumqayıtda, 24-də Gəncədə, 25-də Tovuzda və 31-də Şəkidə aparılacaq.

Qeyd edək ki, növbəti mərhələdə Naxçıvan şəhərində də seçimlərin keçirilməsi planlaşdırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər