AVF rəsmisi İsveçrə - İsveç matçına təyinat aldı

AVF rəsmisi İsveçrə - İsveç matçına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən federasiyanın mətbuat xidməti yayıb.

Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.

O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər