AVF rəsmisi Çempionlar Liqasına təyinat aldı

AVF rəsmisi Çempionlar Liqasına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.

AVF-dən Fanat.Az-a verilən məlumata görə, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər