"Atletiko"nun sabiq hücumçusu Azərbaycan klubunda

"Atletiko"nun sabiq hücumçusu Azərbaycan klubunda
Malavi millisinin üzvü Robin Nqalande Azərbaycana transfer olunur.
Fanat.Az xəbər verir ki, yerli mediaya onun təmsilçilərimizdən biri ilə danışıqlar apardığını yazıb. Həmin klubun adı açıqlanmayıb.
Son olaraq CAR-ın "Baroko” klubunda çıxış edən və 6 aydı klubsuz olan futbolçunun meneceri Pol Miçel xəbəri təsdiqləyib. Menecer bildirib ki, müştərisi Azərbaycan klublarından biri ilə anlaşmaq üzrədi. Müqavilənin bəzi detalları razılaşdırılandan sonra transfer həll olunacaq.
Qeyd edək ki, 2010-cu ildə "Atletiko"ya transfer olunan Robin Nqalande iki il Madrid klubunun C komandasında çıxış edib. 2012-ci ildə CAR-a yollanan hücumçu "Bidvest Vits"lə anlaşıb. O, 2014/15 mövsümündə bu ölkənin "Ayaks Kape Taun", 2015/16 mövsümündə "Platinum Stars" klublarına icarəyə verilib. 2017-ci ildə bir müddət "Masters Sekuriti"də çıxış edib və "Baroka"ya keçib.
26 yaşlı forvard 2012-ci ildən çağırıldığı Malavinin əsas millisində 32 oyun keçirərək 1 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər