"Aston Villa"nın gənc futbolçusu iki Avropa nəhənginin hədəfində

"Aston Villa"nın gənc futbolçusu iki Avropa nəhənginin hədəfində

"Aston Villa"nın 22 yaşlı yarımmüdafiəçisi Ceykob Remzi karyerasını Avropa nəhənglərinin birində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Xəbərə görə, istedadlı orta xətt oyunçusunun xidmətində "Tottenhem" və "Nyukasl"la yanaşı, "Bayern Münhen"lə "Arsenal" da maraqlıdır. Mənbə "Aston Villa"nın yaya qədər heç bir klubla transferi müzakirə etməyəcəyini, Remzinin iş yerini cari mövsümün sonunda dəyişə biləcəyini vurğulayıb. 

Qeyd edək ki, Remzi 2019-cu ildən Birmingem təmsilçisinin formasını geyinir. Cari mövsüm klubunun forması ilə 14 rəsmi matça çıxan Ceykob 1 qol vurub. Onun "Aston Villa" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər