"Aston Villa" 3 Avropa nəhənginin istədiyi Duqlası bu qiymətə satır

"Aston Villa" 3 Avropa nəhənginin istədiyi Duqlası bu qiymətə satır

İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçi Duqlas Luisi hansı qiymətə satmaq istədiyi bəllidir.

Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Birmingem təmsilçisi braziliyalı futbolçu ilə azı 70 milyon avro qarşılığında vidalaşa bilər.

Daha öncə "Barselona", "Arsenal" və "Mançester Siti" kimi Avropa nəhənglərinin Duqlası istədikləri barədə xəbərlər yayılmışdı.

25 yaşlı orta xətt oyunçusu "Vasko da Qama"nın yetirməsidir. Luis "Aston Villa"ya 2019-cu ildə "Mançester Siti"dən keçib. Cari mövsüm birmingemlilərin forması ilə bütün turnirlərdə 27 matça çıxan "sambaçı" 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər