Astaradakı oyunu "Sabah" qazandı

Astaradakı oyunu "Sabah" qazandı

Azərbaycan Basketbol Liqasının bölgədə daha bir oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində 8-ci turun daha bir oyunu keçirilib. "Zirvə Astara" komandası doğma azarkeşlər önündə paytaxt klubu "Sabah" basketbolçuları ilə üz-üzə gəlib. 

İki əlavə vaxta gedən oyunun yekununda "Sabah" komandası 97:88 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Rashard Kruikşenk (25 xal, 5 asist), "Sabah"dan isə Entoni Patti (28 xal, 15 ribaund) olublar.

Qeyd edək ki,  turun bağlanış oyunu 4 dekabr saat 15:00 -da "Olimpik Şəki" və "Gəncə" komandaları arasında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər