Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 
 
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
O, I təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) qarşılaşmasında iş başında olacaq. Xudiyev Estoniyadan olan hakimlər briqadasının fəaliyyətinə qiymət verəcək.
Qeyd edək ki, görüş avqustun 18-də Tbilisidə gerçəkləşəcək. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər