Arsen Venger "Arsenal"dan ayrıla bilər - açıqlama

Arsen Venger "Arsenal"dan ayrıla bilər - açıqlama
"Yeni müqavilə ilə bağlı danışıqlarımız davam edir". Fanat.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Arsen Venger deyib.
Müqaviləsi bitmək üzrə olan fransız mütəxəssis "Arsenal"ı tərk etsə, İngiltərədə klub çalışdırmayacağını bildirib: "Burdan ayrılmalı olsam, karyeramı başqa bir ölkədə davam etdirmək istəyirəm. Çünki "Arsenal"dan başqa İngiltərədə heç bir klubu çalışdırmaram".
Venger Almaniyaya gedə biləcəyini deyib: "Gedə biləcəyim ölkələr arasında Almaniya yaxşı seçimdi. Orda əvvəllər heç bir klubu çalışdırmamışam. Özümü Almaniya çempionatına yaxın hesab edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər