Armenteros "Qarabağ"a qarşı?

Armenteros "Qarabağ"a qarşı?

"Qarabağ"dan ayrıldıqdan sonra özünə yeni iş yeri tapmaqda çətinlik çəkən Samuel Armenteros İsveç çempionatında çıxış edə bilər. Fanat.Az xəbər verir ki, futbolçunun xidmətindən Avropa Liqasının "pley-off" mərhələsində Ağdam klubunun rəqibi olan "Göteborq" maraqlıdı.

Bu barədə məlumatı İsveç mətbuatı yayıb. Yayılan məlumata görə, azad agent statusu daşıyan futbolçunun məsələsinə son 3 gün ərzində aydınlıq gələcək.

Xatırladaq ki, Armenteros bir müddət əvvəl İngiltərənin "Bristol Siti" klubunda baxışda olsa da, isveçli forvard Çempionşip təmsilçisinin məşqçilər korpusunun etimadını qazana bilməmişdi.

Maraq üçün bildirək ki, futbolçunun özü də Göteborq şəhərində dünyaya gəlib.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər